"Azərpaşa Nemətov torbamı tikdi" — Əməkdar artistdən direktora SƏRT İTTİHAMLAR

Bu barədə açıqlama verən əməkdar artist teatrın  yaradıcı və ictimai həyatında, kollektiv tədbirlərdə iştirak etməməyi barədə səsləndirilən fikirləri ağ yalan adlandırıb:

"Deyilənlər ağ yalandır, uydurmadır. Əgər rəhbərlik səni sevmirsə, qəbul etmirsə, bəhanə tapmaq, damğa yapışdırmaq çətin deyil. İlk növbədə səhhətimə görə teatr az-az getmişəm. İkincisi, teatrın qanunları var. Əgər sənin tamaşan, məşqin yoxdursa, işə gəlməyə bilərsən. Mənim də işim az olduğu üçün teatra az-az getmişəm. Bu da öz günahım deyil. Rol verilməyib, diqqət mərkəzində olmamışam deyə, işə getməmişəm". 

Aktyor bildirib ki, barəsində xoşagəlməz açıqlama verilsə, bəzi mətləblərin üstünü açacaq:
"Təbii ki, bəzi mətləbləri qabartmaq istəmirəm. Qarşı tərəfdən xoşagəlməz fikir ünvanlansa, digər mətləblər barədə açıqlama verəcəyəm. Hazırda Gəncə Dövlət Dram Teatrında yarımştat çalışıram, rollarım var. Eyni zamanda Dövlət Musiqili Teatrı ilə əməkdaşlığım var. Məni hər yerdə qiymətləndirirlər, sevirlər. Dünən "Azdrama"dan iyirmiyə yaxın aktyor zəng vurub, məni dəstəklədiklərini bildiriblər, təəssüfləndiklərini deyiblər. Sadəcə, teatrın rəhbəri mənə qarşı pis münasibətdədir. Hər yerdə sevilirəm və bu da həm insan, həm də aktyor kimi keyfiyyətlərimdən irəli gəlir. Məsuliyyətsizlik sözü ümumiyyətlə mənə aid deyil və məsuliyyət xəstəsiyəm. Hətta həddindən artıq məsuliyyətli olmağım bəzən işimə də mane olur. "Azdrama" rəhbərliyi məni işdən uzaqlaşdırılmağıma don geyindiriblər. Buna deyirlər adamın torbasını tikmək. Söhbət direktor Azərpaşa Nemətovdan gedir". 

Əməkdar artist bildirib ki, nə vaxtsa yenidən "Azdrama"da çalışacağına inanır:

 

"Sənətə gəldiyim gündən "Azdrama"da işləmək arzum olub. Bu teatra məni keçmiş direktor İsrafil İsrafilov dəvət edib. Təbii ki, ora qayıtmaq, işləmək arzusunda, həvəsindəyəm və bu da olacaq. Rəhbərlik məni sevmirsə, gözləmə mövqeyindəyəm.  Orada çoxlu dostlarım, sevdiklərim, məni sevən insanlar var". 

Qeyd edək ki, İ.Hüseynovun işdən çıxarılmasının teatrdan belə əsaslandırmışdılar:

"İlham Hüseynovun səhhətində problem yarandığına görə bülleten götürmüşdü. Bülletenin vaxtı başa çatsa da, o, teatrda ardıcıl olaraq iş davamiyyətini pozub. Bundan başqa İlham Hüseynov teatrın yaradıcı və ictimai həyatında, kollektiv tədbirlərdə iştirak etmir. Bütün bu səbəblərə görə əməkdar artist İlham Hüseynovla bağlanmış əmək müqaviləsinə xitam verilib"./olke.az

7News.az

Xəbər lenti