Azyaşlının istəyi Ərdoğanı TƏƏCCÜBLƏNDİRDİ

Azyaşlının istəyi Ərdoğanı TƏƏCCÜBLƏNDİRDİ

Daim xalqın içində olmağı sevən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəfə Manisada qəribə istəklə qarşılaşıb.

 Prezident Manisa səfərində fabrik açılışında iştirak edib. Bu zaman 10 yaşlı Cemre Yılmaz prezidentə yaxınlaşaraq onunla həmsöhbət olub.

Söhbət əsnasında ürək xəstəliyindən əziyyət çəkdiyi məlum olan Cemre prezidentdən özü üçün yeni ürək istəyib:

"Sadəcə təzə bir ürək istəyirəm. Ürəyimin gerçək olmasını. Süni aparatlarla yaşamaq, onu boynumda gəzdirmək istəmirəm. Buna görə məktəbə də gedə bilmirəm. Sağlamlığıma qovuşsam, yaxşı oxuyub ürək doktoru olacam. Mənim kimi xəstəlikdən əziyyət çəkən uşaqlara yardım edəcəm”.

Azyaşlının atası Yunis Yılmaz qızının sənədlərini prezidentin köməkçilərinə təqdim edib və qızına ürək tranplantsiyası edilməsi üçün prezidentdən kömək gözlədiklərini bildirib./publika

7News.Az

Xəbər lenti