Bakcell Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr edilmiş yarış keçirib

Bakcell Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr edilmiş yarış keçirib

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər arasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr edilmiş atıcılıq üzrə yarış keçirib.

Bakı Atıcılıq Mərkəzində təşkil olunan bu yarışda müxtəlif media resurlarını təmsil edən 40-dan artıq jurnalist iştirak edib. Yarışdan öncə atıcılıq üzrə milli yığma komandanın baş məşqçisi Rəhim Cavadijurnalistlərlə tanış olub və onlar üçün təlim keçirib. Təlimdən sonra jurnalistlər öz istəklərinə uyğun olaraq iki qrupa ayrılaraq Stend atıcılığı və Güllə atıcılığıüzrə yarışlara qatılıblar.

Yarışın nəticələri aşağıdakı kimidir:

Yarış növü

Nəticə

İştirakçının adı

Təmsil etdiyi qurum

Stend atıcılığı

1-ci yer

Valeh Dadaşov

Report İnformasiya Agentliyi

Stend atıcılığı

2-ci yer

Hüseyn Vəliyev

Trend İnformasiya Agentliyi

Stend atıcılığı

3-cü yer

Famil Fərhadoğlu

Müstəqil jurnalist

Güllə atıcılığı

1-ci yer

Səbuhi Qafarov

www.afn.az

Güllə atıcılığı

2-ci yer

Ceyhun Rasimoğlu

Səs İnformasiya Agentliyi

Güllə atıcılığı

3-cü yer

Tural Tağıyev

Palitra qəzeti

 

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.




Xəbər lenti