Bakcell növbəti dəfə “Socially Devoted” sertifikatı alıb

Bakcell növbəti dəfə “Socially Devoted” sertifikatı alıb

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti "Facebook” sosial şəbəkəsində abunəçilərin suallarının cavablandırma səviyyəsinə görə 2017-ci ildə ikinci dəfə "Socially Devoted” sertifikatı ilə təltif olunub.

Bu ilin ikinci və üçüncü rübündə Bakcell özünün "Facebook” səhifəsinndə abunəçilərin sorğularının cavablandırılması üzrə ən yüksək göstəricini (100%) əldə edib.

Sosial şəbəkələrdə təmsil olunmaq nəinki təqdim olunan kontentin keyfiyyətinə, həm də öz abunəçilərinin və səhifənin digər istifadəçilərinin sualları və rəylərinin vaxtında və operativ şəkildə cavablandırılmasına görə brendlərin üzərinə böyük məsuliyyət qoyur. İstifadəçilərin suallarına və rəylərinə verilən cavabların yüksək əmsalı ("Response Rate”) istənilən səhifə üçün müştərilərə göstərilən onlayn xidmətlərin mühüm effektivlik göstəricisidir.

Bakcell "Response Rate” üzrə yüksək göstəricilərinə görə dəfələrlə "Socially Devoted” sertifikatına layiq görülüb və qeyd etmək lazımdır ki, şirkət öz göstəricilərini hər dəfə daha da yüksəldərək, son illər 100%-lik həddə çatmağa nail olub.

Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha yaxşı çatdırılması və abunəçilərin suallarının cavablandırılması baxımından "Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

Xəbər lenti