Bakcell yeni təlimlər vasitəsilə “AppLab” iştirakçılarının bacarıqlarını zənginləşdirir

Bakcell yeni təlimlər vasitəsilə “AppLab” iştirakçılarının bacarıqlarını zənginləşdirir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti "AppLab” proqramının iştirakçıları üçün onların davamlı inkişafına istiqamətlənən treninqlər keçirir. Şirkətin inkubasiya mərkəzində 7 layihə üzrə fəaliyyət göstərən qrup üzvləri aşağıda göstərilən mövzular üzrə keçirilən treninqlərdə iştirak edərək öz bacarıqlarını artıracaqlar:

-Pitçinq üzrə master-klass

-Trend Konsepsiyası üzrə intensiv təlim

-Block-chains Giriş intensiv təlim

-İnvestor Münasibətlərinin İnkişaf Etdirilməsi üzrə intensiv təlim

-Məhsuldar Komandanın Saxlanması üzrə təlim

-Strategiyanın İnkilşaf Etdirilməsi və Kommersiyalaşdırılması intensiv təlim

 

Qeyd olunan treninqlərdən hər biri əsas nəzəri hissədən və konkret halların təhlilindən("case study”) ibarət olacaq. Treninqlərin müddəti ümumilikdə 28 saatdır.

 

Treninqlər ölkə daxilində təlim, qiymətləndirmə və məsləhət xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı təchizatçılardan biri olan "CAC Training Center” şirkəti ilə birgə təşkil olunur.

"AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra moduludur. Layihə çərçivəsində gənc proqramçılar Üzeyir Hacıbəyov küç. 48, 3-cümərtəbə ünvanında yerləşən "AppLab” ofisindən (Sahil parkının yaxınlığında) istifadə edib, pulsuz internet, ofis və treninq üçün nəzərdə tutulmuş məkandan və mühitdən, eyni zamanda məhsulları sınamaq üçün ən müasir cihazlardan yararlana bilirlər. "Bakcell”in, Qualcomm şirkətinin və "AppLab” proqramının digər partnyorlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc proqramçıları yerli və beynəlxalq bazarların tələblərinə hədəflənmiş yeni məhsul və ya xidmətlərin pilot variantını tərtib etmək və həyata keçirmək üçün tələb olunan araşdırmalar və məsləhətlərlə təmin edirlər.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

 

Xəbər lenti