"Bakcell"in bu mağazasından telefon alan hər kəs 1 il pulsuz danışacaq (FOTOLAR)

"Bakcell" Bakıda daha bir satış və müştəri xidmətləri mərkəzinin açılışını edib.

7News.Az xəbər verir ki, Fəvvarələr meydanı, Tağıyev 19 ünvanında yerləşən yeni mərkəz digərlərindən tamamilə fərqli və müasir dizaynda qurulub.

Açılışda çıxış edən "Bakcell"in baş icraçı direktoru Nikolai Beckers bildirib ki, bu il ərzində "Bakcell" şirkəti həm paytaxtda, həm də regionlarda satış və müştəri xidməti mərkəzlərinin sayını artırıb:

"Bu mağaza "Bakcell"in tamamilə yeni konsepsiyasıdır. Burada interaktiv elementlər çoxdur, tərtibat tamamilə yenidir. Ümid edirik yeni konsepsiya bizim satışlarımıza da öz müsbət təsirini göstərəcək. Zamanla digər mərkəzlərimizi də bu konsepsiyaya uyğunlaşdıracağıq".

Qeyd edək ki, yeni mağazadan alış-veriş edən müştərilərə "Bakcell"in xüsusi hədiyyəsi də olacaq.

Belə ki, 2018-ci ilin sonuna qədər bu mağazadan mobil telefon alan hər bir müştəriyə telefonun modelindən asılı olmayaraq 1 il müddətinə şəbəkədaxili pulsuz danışıq və limitsiz internet paketi təqdim ediləcək.
 7News.Az
 


 
 

Xəbər lenti