“Bakcell”in dəstəyi ilə “Təhsil Avtobusu-2017” Yay Məktəbi başlayır

“Bakcell”in dəstəyi ilə “Təhsil Avtobusu-2017” Yay Məktəbi başlayır

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi, "ENGİN” şirkəti və Kapital Bankın təşkilatçılığı ilə "Azərbaycan üçün Öyrət’’ təhsil proqramı çərçivəsində 24 – 31 iyul 2017-ci il tarixində "Təhsil Avtobusu - 2017” Yay Məktəbi keçiriləcək.

Yay məktəbinin məqsədi bölgələrdə yaşayan və ya təhsil alan orta ixtisas və ali təhsil müəssisələrinin akademik göstəriciləri orta olan tələbələrin karyera inkişaflarına təsir etmək, onlara informasiya texnologiyalarından karyera inkişafında istifadədə, iş seçimi və axtarışında kömək edəcək bilik və bacarıqlar vermək, eləcə də həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına stimul verməkdir. Yay Məktəbi çərçivəsində bu istiqamətlərdə dərslər, fərdi inkişaf təlimləri və intellektual yarışlar keçiriləcək.

Bakı-Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edəcək "Təhsil Avtobusu - 2017” Bakcell şirkəti tərəfindən təchiz edilmiş yüksəksürətli internetlə təmin olunacaq.

Qeyd edək ki, "Azərbaycan üçün Öyrət’’ Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını dəstəkləyərək keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır.

Xatırladaq ki, Bakcell eyni zamanda Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində digər qurumlarla da uğurlu əməkdaşlığını davam etdirir. Belə ki, şirkət UAFA (Azərbaycana Birgə Yardım təşkilatı) və "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi tərəfindən icra edilən müxtəlif layihələrə öz dəstəyini göstərməklə xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatında müsbət dəyişikliklər yaratmağa çalışır.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Xəbər lenti