Bakı Asiya və Avropanın yaxınlaşması üçün əsas faktordur - ŞƏRH

Bakı Asiya və Avropanın yaxınlaşması üçün əsas faktordur - ŞƏRH

Azərbaycan və Rusiya arasında körpünün tikintisinə Şimal-Cənub beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinin istifadəyə verilməsi çərçivəsində baxmaq lazımdır.

Bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanlı politoloq Tofiq Abbasov deyib. 

Bu günlərdə Rusiyanın nəqliyyat naziri Yevgeni Ditrix bəyan edib ki, Rusiya-Azərbaycan sərhədində Samur çayı üzərindəki körpü qrafikə uyğun olaraq, 2019-cu ildə istifadəyə veriləcək. 

Azərbaycan və Rusiya arasında Samur çayı üzərindəki körpünün tikintisi ilə bağlı protokol 2017-ci ildə imzalanıb. İmzalanmadan sonra Azərbaycan ərazisinin "Samur” sərhəd-keçid məntəqəsində və Dağıstanın Məhərrəmkənd rayonunun "Yaraq-Qazmalar” məntəqəsində körpünün təməlqoyma mərasimi keçirilib. 

Tofiq Abbasovun fikrincə, bu körpü bir neçə mühüm komponenti özündə birləşdirir. Bu layihə İran kimi, Azərbaycan və Rusiyaya da iqtisadi və siyasi faydalar verəcək. Beləliklə, körpüyə Avropa və Asiya arasında əlaqələndirici vasitə kimi baxmaq lazımdır. 

"Körpü Hind okeanı və Fars körfəzindən Qafqaz regionu vasitəsilə Rusiya və Avropaya ikitərəfli hərəkəti təmin edəcək”, - politoloq qeyd edib. 

Müsahibimiz əlavə edib ki, bununla Azərbaycan və Rusiya Şimal-Cənub beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizində əsas çətinliklərin aradan qaldırılmasının təmin olunması üzrə işləri öz üzərinə götürür

Əsas məqsəd ondan ibarətdir ki, marşrut boyu "yaşıl işıq” yansın. 

"Məhz bu səbəbdən təsadüfi deyil ki, Azərbaycan-İran-Rusiya arasındakı üçtərəfli format yeni fəallıq impulsu əldə edir. Üç ölkə prezidenti dəfələrlə iqtisadi imkanlar barədə danışıqlar aparıb və qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edib”, - Abbasov deyib və əlavə edib ki, Azərbaycan bu formatda mühüm rol oynayır. 

Politoloq bildirib ki, Samur çayı üzərində avtomobil körpüsü Bakı və Moskva arasında inkişaf etməkdə olan dostluq əlaqələrinin göstəricisidir. 

Bu, bizə nə verəcək?

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Azərbaycanın qeyri-neft ixracının 35 faizi məhz bu ölkənin payına düşür. 

"Kənd təsərrüfatı mallarının 90%-i Rusiya bazarlarına yönəlir. Bu körpünün açılması, təbii ki, iqtisadi tərəfdaşlığın yüksəlməsinə şərait yaradacaq. Xüsusən fermerlər daha qısa bir zaman kəsiyində və daha rahat yolla məhsullarını Rusiyaya çıxara biləcəklər. İnfrastrukturun düzəlməsi həm də ixracın həcminin artmasına səbəb olacaq”. 

7News.Az

Xəbər lenti