Bakı metrosunda həyəcan: sərnişinlər vaqonları tərk etdilər

Bakı metrosunda həyəcan: sərnişinlər vaqonları tərk etdilər

Bu gün səhər saatlarında "Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları arasında hərəkət edən qatarlarında qrafikində təxminən 20 dəqiqə gecikmə qeydə alınıb. 

7news.Az xəbər verir ki, "Xətai" stansiyasındakı sərnişinlərə yaranmış nasazlıqla əlaqədar qatarın müəyyən müddət platformada qalacağı bildirilib.

Bu xəbərdarlıqdan sonra isə sərnişinlər arasında təşviş yaranıb və onlar vaqonları tərk etməyə başlayıblar.

Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında bildirib ki, gecikməyə səbəb adıçəkilən stansiyalar arasındakı tuneldə elektrik xətlərində yaranmış qısaqapanma olub. Son nəticədə tuneldə tüstülənmə baş verib.

7news.Az

Xəbər lenti