Bakı metrosunda texniki nasazlıq: sərnişinlər boşaldıldı

Bakı metrosunda texniki nasazlıq: sərnişinlər boşaldıldı

"28 May” metrostansiyasında qatarların hərəkətində problem yaşanıb.

Bu barədə 7News.Az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, qatar stansiyadan birbaşa depoya göndərilib:

"Həzi Aslanovdan Dərnəgül istiqamətində hərəkət edən qatarlardan birində texniki nasazlıq yaranıb. Qatar "28 May” stansiyasında saxlanılıb və sərnişinlər dərhal qatardan çıxarılıb. Hələlik nasazlığın hansı səbəbdən yarandığı bəlli deyil.

Ümumilikdə qatarların intervalında beş dəqiqəyə qədər yubanma olub. Hazırda bütün stansiyalarda qatarların intervalı normalara uyğun şəkildə bərpa edilib”.

7News.Az

Xəbər lenti