Bakı Neft Emalı Zavodu fəaliyyətini bərpa edir

Bakı Neft Emalı Zavodu fəaliyyətini bərpa edir

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu öz fəaliyyətini əvvəlki rejimdə bərpa etməyə başlayır.

Qurumdan 7news.Az-a verilən məlumata görə, ölkədə elektrik enerjisi ilə bağlı yaranmış problemlərdən sonra müəssisə gücləndirilmiş iş rejiminə keçib.

Hazırda müəssisədə elektrik enerjisinin verilişində yaranmış problemlər aradan qaldırılıb və BNEZ əvvəlki rejimdə fəaliyyətini bərpa edir.

Bu dəqiqələrdə müəssisənin ştat rejimində işini davam etdirilməsi üçün tədbirlər həyata keçirilir və zavodun tam gücü ilə işə salınması istiqamətində hazırlıq aparılır.

7news.Az

Xəbər lenti