Bakıda 2-ci cərgədə dayanan avtomobili belə vurdular – VİDEO

Bakıda 2-ci cərgədə dayanan avtomobili belə vurdular – VİDEO

Bakının Zığ yolu şosesində baş vermiş zəncirvari qəzada 5 avtomobilə ziyan dəyib. 

7news.Az xəbər verir ki, Avtosfer.az-ın Baş Dövlət Yol Polisi İdarəsinə istinadən təqdim etdiyi görüntülər maraqlı məqamları ortaya çıxarıb. 

Videoda hər iki sürücü səhvə yol verib. Birincisi, "Mercedes” sol zolaqla hərəkət etdiyi halda qəflətən sağ zolağa hərəkət edir.

Görüntülərdən də aydın olur ki, avtomaşın sanki öz-özünə gedir, yəni sürücü ya yuxulayıb, ya da idarəetməni itirib. İkinci məqam isə odur ki, "Mercedes”in vurduğu qara avtomobil ikinci zolaqda dayanmışdı. 

Lakin situasiya göstərir ki, həmin avtomobil olmasaydı belə "Mercedes” yol kənarında dayanan avtomaşınlardan biri ilə mütləq toqquşacaqdı. 

Belə isə bir maşınla toqquşsa da, qəzada 5 avtomobilə ziyan dəyir. Hiss olunur ki, zərbə güclü olub.

7news.Az

Xəbər lenti