Bakıda 27 yaşlı oğlan marketin qarşısında ölümcül bıçaqlanıb

Bakıda 27 yaşlı oğlan marketin qarşısında ölümcül bıçaqlanıb

Bakıda 27 yaşlı gənc bıçaqlanıb.

Hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Rayonun Hövsan qəsəbəsində, "Hövsan" marketin qarşısında qəsəbə sakini, 1990-cı il təvəllüdlü Səlimov Rəhman İlham oğlu 1993-cü il təvəllüdlü Yusifzadə Kamran Bağı oğlu ilə mübahisə edib. K.Yusifzadə mübahisə nəticəsində R.Səlimovu bıçaqlayıb. K.Yusifzadə R.Səlimova bir neçə bıçaq zərbəsi endirib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb./trend

7news.Az

Xəbər lenti