Bakıda avtomatla gəzən şəxs tutuldu

Bakıda avtomatla gəzən şəxs tutuldu

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in mətbuat xidmətindən 7News.Az-a bildirilib ki, Sabunçu rayon Polis idarəsi 12-ci polis şöbəsinə əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Çingiz Maşallayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun əlindəki idman çantasına baxış zamanı bir ədəd "AKM” markalı avtomat, 21 ədəd patron və bir ədəd patron darağı aşkar edilərək götürülüb. Ç.Maşallayev ifadəsində həmin silah-sursatın ona məxsus olduğunu və bir müddət əvvəl Ramana qəsəbəsindən tapdığını bildirib.

Faktla bağlı Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

7News.Az

Xəbər lenti