Bakıda avtomobil piyadanı vurdu – VİDEO

Bakıda avtomobil piyadanı vurdu – VİDEO

Quba rayon sakini paytaxtda yol qəzası zamanı xəsarət alıb.

7news.Az "APA TV"-yə istinadən xəbər verir ki, onu avtomobil vurub.

Məlumata görə, avtoqəza Binəqədi rayonunda qeydə alınıb. Binəqədi-Biləcəri yolunda baş vermiş hadisə nəticəsində yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Şirəliyev Müzəffər Fərid oğlu "Mercedes" markalı avtomobilin zərbəsinə tuş gəlib. Yaralı xəstəxanaya çatdırılıb.

Sürücü artıq saxlanılıb və ifadəsi alınıb. Yol qəzasının təfərrüatları araşdırılır.

7news.Az

Xəbər lenti