SON DƏQİQƏ: Bakıda güclü yanğın başlayıb – FOTOLAR+YENİLƏNİB

 SON DƏQİQƏ: Bakıda güclü yanğın başlayıb – FOTOLAR+YENİLƏNİB

Bakı şəhəri, Nərimanov rayonunda dəmir tullantılarının qəbulu məntəqəsinin ərazisində məişət tullantıları və rezin qalıqları (şinlər) yanır.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Bakının Nərimanov rayonunda güclü yanğın başlayıb.

 

Hadisə şahidlərin verdiyi məlumata görə, yanğın rayonun Keşlə qəsəbəsində yerləşən zavodların birində baş verib./oxu.az

7News.az


 

Xəbər lenti