Bakıda havaya görə təxirə salınmış yarışlar barədə qərar verildi

Bakıda havaya görə təxirə salınmış yarışlar barədə qərar verildi

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatında dünən saat 20:40-a nəzərdə tutulmuş yarışlar əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

7news.Az-ın xəbərinə görə, Elit və Gənclər kateqoriyasında keçirilməli olan həmin yarışların bu gün baş tutmasına qərar verilib.

Belə ki, yeni yarış cədvəlinə əsasən, bu gün saat 18:00-da dünya çempionatının keçici bayrağı 2019-cu ildə yarışı qəbul edəcək Belçika nümayəndələrinə təqdim ediləcək. Saat 18:10-dan 20:30-dək təsnifat yürüşləri keçiriləcək.

20 dəqiqəlik fasilədən sonra saat 20:50-də final mərhələsi başlayacaq. Həlledici yürüşlər saat 23:10-da bitəcək və bundan sonra dünya çempionatının qaliblərinin mükafatlandırma mərasimi həyata keçiriləcək.

7news.Az

Xəbər lenti