Bakıda iki nəfəri öldürən gürcü ilə bağlı – Qərar

Bakıda iki nəfəri öldürən gürcü ilə bağlı – Qərar

Bakıda iki nəfərin ölümünə səbəb olan Gürcüstan vətəndaşı Tarieli Kakabadzenin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 7News.Az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Tarieli Kakabadzenin cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tarieli Kakabadze 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, bu il aprelin 21-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Tarieli Kakabadzenin idarə etdiyi yük avtomobili olan "Renault” və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi "VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş Eldar Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədov orada ölüb.

7News.Az

Xəbər lenti