Bakıda "Kamaz" qəfil yola çıxan minik maşınına çırpılıb, xəsarət alanlar var

Bakıda

Bakının Binəqədi rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Hadisə Biləcəri qəsəbəsində yerləşən Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb.

1967-ci il təvəllüdlü Səfiyev Aydın Əliyar oğlu idarə etdiyi "10-RX-500" dövlət qeydiyyat nişanlı "Toyoto" markalı avtomobillə Sumqayıt şossesindən avtovağzalın qarşısındakı yola qaydanl pozaraq daxil olub. Həmin vaxt "Kamaz" markalı yük avtomobili ona çırpılıb. Nəticədə A.Səfiyev, 41 yaşlı Səfiyev Nərgiz Vaqif qızı və 44 yaşlı Qasımova Kəmalə Vaqif qızı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Araşdırma aparılır.

7news.Az

Xəbər lenti