Elmar Vəliyev vətəndaşları qəbul edib

Elmar Vəliyev vətəndaşları qəbul edib

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib

Qəbulda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə və müəssisə rəhbərləri və 100-ə yaxın vətəndaş iştirak edib. Müraciətlər əsasən işə qəbul, sakinlərin su problemi, şəhərin bir sıra küçələrində kanalizasiya xətlərinin təmiri və yenilənməsi və digər məsələlərlə bağlı olub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən dinlənilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb. İcra başçısının qəbuluna işlə bağlı gələnlərdən bir neçə nəfəri müxtəlif sahələrdə işlə təmin edilib. Araşdırılması vacib olan məsələlərlə bağlı isə şəhər rəhbəri aidiyyatı qurumlara tapşırıqlar verib. 

Görüşdə Qarabağ Müharibəsi Veteranı Elbrus Quliyevə maddi yardım göstərilib. I qrup gözdən əlil Sevil Məmmədova isə 4 sot torpaq sahəsi ilə təmin olunub. 

 

Qəbulda yalnız problemi olanlar deyil, müraciətləri həll olunan vətəndaşlar da minnətdarlıq üçün iştirak ediblər. Müasir əlil arabası ilə təmin olunan Məsləhət Abışova, su ilə təminata görə isə Tağıyeva Sədaqət İcra Hakimiyyətinin başçısına minnətdarlıq bildiriblər.

 

7News.Az

Xəbər lenti