Bakıda narkoman oğul ana və atasını vəhşicəsinə döyüb – Təfərrüat

Bakıda narkoman oğul ana və atasını vəhşicəsinə döyüb – Təfərrüat
Atasını və anasını döyən, onlara hədə-qorxu gələrək pul tələb edən şəxs hakim qarşısına çıxarılıb. Ana və ata övladlarını bağışlamadıqlarını deyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmə və qanunsuz olaraq odlu silah saxlamaq ittihamları ilə həbs edilən 1984-cü il təvəllüdlü Piriyev Namiq Qulu oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində polis əməkdaşı, 28-i Polis Bölməsində əməliyyat müvəkkili Şükür Məhərrəmov ifadə verib. O, deyib ki, Namiq Piriyevi "Qanlı göl" deyilən ərazidə üzərində ov tüfəngi gəzdirən zaman saxlayıb.

Digər polis əməkdaşı Nəsimi Seyidzadə də məhkəmədə ifadə verib.

Nəsimi Seyidzadə söyləyib ki, Qulu Piriyev polis bölməsinə müraciət edərək oğlu tərəfindən döyüldüyünü deyib:"Bölməyə gələndə qanın içində idi. Oğlundan şikayətçi idi. Onu dinlədim, ərizəsini yazdı. Daha sonra Namiq Piriyev polis bölməsinə gəldi və atası ilə dava etdiyini dedi. Hər iki tərəfin izahatını aldım. İşi araşdırıb prokurorluğa göndərdim"

Təqsirləndirilən şəxsin anası Kəmalə Piriyeva polis əməkdaşına deyib ki, oğlunun üzərində soyuq silah olub və onları hədələyib.

Polis əməkdaşı isə deyib ki, Namiq Piriyev polisə gələn zaman üzərində silah olmayıb.

Zərərçəkmiş ana Kəmalə Quliyeva deyib ki, oğlu Natiq narkomandır, nə etdiyini bilmir: "Həmin vaxt ölüm hadisəsi də ola bilərdi. O, hamı üçün təhlükədir"

Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib.

Sənədlərin tədqiqi məehələsində məlum olub ki, Natiq daha əvvəl narkotik və qanunsuz olaraq odlu silah saxlamaq ittihamları ilə məhkumluq həyatı yaşayıb.

Məlumata görə, Natiq Piriyev dəfələrlə özünə xəsarətlər yetirib, qollarına və bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Sonuncu dəfə həbsxanada boyun nahiyəsinin kəsərək özünə xəsarət yetirib.

Məhkəmə prosesinin davamında dövlət ittihamçısı çıxış edib.

İttihamda yazılır ki, Namiq Piriyev dəfələrlə ata və anasını döyüb, onlara hədə-qorxu gələrək yaşadıqları evi satmalarını, ona pul vermələrini tələb edib. 34 yaşlı Namiq ana və atasını öldürməklə, qəsdən sağlamlıqlarına ağır xəsarət yetirməklə hədə-qorxu gəlib.

Prokuror Namiq Piriyevin əməlinin məhkəmə istintaqında sübuta yetirildiyini bildirib. Dövlət ittihamçısı Namiq Piriyevin törətdiyi əməllərə görə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısının çıxışına münasibət bildirən valideynlər övladlarından şikayətçi olduqlarını bildiriblər.

Ana Kəmalə Quliyeva deyib ki, oğlu ilə bacara bilmirlər: "Dəfələrlə onu müalicəyə göndərmişik. Əlimizdən gələni etmişik. Sağaltmağa, bu yoldan çəkindirməyə çalışdıq. Bir valideyn kimi əlimizdən gələn hər şeyi etdik. Amma olmadı, bir cinayətkara çevrildi. Həm bizə, həm də ətrafdakılara zərər verdi. Mən sizi əmin edirəm ki, bu nə ailə münaqişəsi, nə də mülki məsələdir. Artıq bacara bilmirik"

Ata Qulu Piriyev də prokurorun çıxışı ilə razı olduğunu deyib.

Namiq Piriyevin vəkili isə müdafiə çıxışında söyləyib ki, bu iş mülki məsələdir və ailə daxilində baş verib. Vəkilin sözlərinə görə Namiq Piriyev ata və anasından evi sataraq ona düşən payı verilməsini istəyib.

Məhkəmə prosesi sentyabrın 13-də davam etdiriləcək. Namiq Piriyev son söz deyəcək və məhkəmə ona hökm oxuyacaq.(minval)
 

7News.Az

Xəbər lenti