Bakıda ofisiant qabyuyan qadını zorlamaq istədi - Həbs edildi

Bakıda ofisiant qabyuyan qadını zorlamaq istədi - Həbs edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı təcavüzə cəhddə təqsirləndirilən Şamil Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7News.Az-ın Trend-ə istinadən məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Nağıyev dörd il azadlıqdan məhrum edilib.

İttihama görə, Bakıda "Xan” restoranında ofisiant kimi işləyən Ş.Nağıyev həmin obyektdə qabyuyan qadını zorlamağa cəhd edib.

Şikayət əsasında saxlanılan Ş.Nağıyev həbs edilib.
 
7News.Az

Xəbər lenti