Bakıda qapı-pəncərə sexində kütləvi dava zamanı fəhlə bıçaqlanıb

Bakıda qapı-pəncərə sexində kütləvi dava zamanı fəhlə bıçaqlanıb

Bakıda qapı-pəncərə sexində kütləvi dava zamanı fəhlə bıçaqlanıb.

Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 5 ünvanında yerləşən qapı-pəncərə sexinin 5 əməkdaşı arasında əlbəyaxa dava olub.

Nəticədə 1966-ci il təvəllüdlü Fərhadzadə Hüseyn Zəfərqulu oğlu bıçaqlanıb. O, aldığı xəsarətlərə görə, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin əməkdaşları əraziyə cəlb edilib.

Bir nəfər şübhəli şəxs qismində saxlanılıb./report

7news.Az

Xəbər lenti