Bakıda qısqanc ər arvadının qanını tökdü - FOTO

Bakıda qısqanc ər arvadının qanını tökdü - FOTO

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

7News.Az-ın məlumatına görə, hadisə rayonun H.Əliyev küçəsində olub.

Belə ki, 1997-ci il təvəllüdlü Aydan Hətəmova əri, 1993-cü il təvəllüdlü Rəhman Cəfərov tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Hazırda vəziyyəti orta-ağırdır. 

Foto: Baku.ws

Rəhman Cəfərov polisə təslim olub. O, ilkin ifadəsində cinayəti etiraf edib və hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Cütlüyün iki uşağı var.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb.

7News.Az

Xəbər lenti