Bakıda qoca qadını öldürüb, evini yandırdılar - YENİLƏNİB + VİDEO

Bakıda qoca qadını öldürüb, evini yandırdılar - YENİLƏNİB + VİDEO

Dünən səhər saatlarında Bakıda ağır cinayət olub. Tamah məqsədilə evə girən şəxs və ya şəxslər yaşlı qadını əvvəlcə öldürüb, sonra qızılların götürüb çıxıblar.

7News.Az "Xəzər” TV-yə istinadən xəbər verir ki, onlar izi itirmək məqsədilə evi yandırıblar.

Hadisə səhər saatlarında paytaxtın Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi 83 ünvanında baş verib.Yaqub Axundovun evinin yandığını görən qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər.

Hadisə yerinə rayon yanğından mühafizə xidmətinin iki yanğınsöndürən avtomobili və bir neçə canlı qüvvəsi cəlb gəlib. Yanğının kəşfiyyatı zamanı ev sahibinin həyat yoldaşı 78 yaşlı Tamella Axundovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları qadının qəsdən öldürüldüyünü müəyyən ediblər.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb. Polis cinayəti törədən şəxs və ya şəxslərin axtarışını aparır.

6 noyabr, 11:01

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli, ikiotaqlı ev yanıb. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən 7News.Az-a verilən xəbərə görə, yanğının kəşfiyyatı zamanı 1941-ci il təvəllüdlü Axundova Tamella Həbib qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

7News.Az

Xəbər lenti