Bakıda ruhi xəstə anasını bıçaqladı

Bakıda ruhi xəstə anasını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

1998-ci il təvəllüdlü Vaqif Rüstəmov Xocasən qəsəbəsində yaşadığı evdə mübahisə zəminində anası, 1973-cü il təvəllüdlü Sevinc Əliyevanı bıçaqlayıb. Ruhi əsəb xəstəsi olan Vaqif anasına 3 bıçaq zərbəsi vurub. 

S.Əliyeva xəstəxanaya yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

7News.Az

Xəbər lenti