Bakıda səhər saatlarında sərnişin dolu avtobus FACİƏDƏN DÖNDÜ

Bakıda səhər saatlarında sərnişin dolu avtobus FACİƏDƏN DÖNDÜ

Səhər saat təxminən 08:00-08:10 radələrində Bakının Heydər Əliyev prospektində - Bakı Olimpiya Stadionunun önündə içərisi sərnişinlə dolu 198 nömrəli marşrut avtobusu qorxunc qəzadan son anda xilas olub.

Üzü "Koroğlu" metro stansiyasına doğru hərəkətdə olan sərnişin avtobusunun qəfil təkəri partlayıb. İdarəetməni itirməyən sürücü avtobusu dərhal yolun kənarına çəkib.

Avtobusdan düşürülən sərnişinlər həmin istiqamətdə hərəkət edən digər marşrutlardan istifadə etmək məcburiyyətində qalıblar./milli

 

7news.Az

Xəbər lenti