Bakıda sevgilisindən rədd cavabı alan oğlan onun maşınını əzdi

Bakıda sevgilisindən rədd cavabı alan oğlan onun maşınını əzdi
Səbail rayonu A. Abbaszadə küçəsi 61-in qarşısında xuliqanlıq cinayəti baş verib.

Fidan Muradova adlı şəxs Sebail RPI-nə şikayət edərək bildirib ki, yaxın münasibətdə olduğu Rəşad adlı şəxs ona məxsus "Fiat" markalı avtomobilin şüşələrini sındırıb, qapısını əzib. Zərərçəkənin sözlərine görə, Rəşadla əvvəllər sevgili olsalar da sonralar ondan ayrılıb. Ancaq Rəşad bu ayrılığa dözə bilməyərək daim onu təqib edib. 

Faktla əlaqədar polis idarəsinin Təhqiqat şöbəsində araşdırmalara başlanılıb.

 

7News.Az

Xəbər lenti