Bakıda yanğın: İki polis zəhərlənib

Bakıda yanğın: İki polis zəhərlənib

Bakıda yaşayış binasında yanğın baş verib, iki polis əməkdaşı zəhərlənib.

7News.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu gün Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsinin girişində tikilmiş emalatxana və içərisində olan əşyalar 10 m2 sahədə yanıb. 

Yanğınsöndürənlər tərəfindən doqquz nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. 

Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb. 

Hadisə nəticəsində iki polis əməkdaşı tüstüdən zəhərlənib. 

7News.Az

Xəbər lenti