Bakıda yaşlı kişi evində yanaraq öldü

Bakıda yaşlı kişi evində yanaraq öldü

Bakıda ölümlə nəticələnən yanğın olub.

FHN-dən 7News.Az-a verilən xəbərə görə, Binəqədi rayonunda ümumi sahəsi 64 m2 olan ikimərtəbəli dörd otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 m2 sahədə yanıb, digər otağın əşyaları qismən qarslanıb.

Yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü İslamov Əli Ağasəlim oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

7News.Az

Xəbər lenti