Bakıda yaşlı kişi küçədə bıçaqlandı

Bakıda yaşlı kişi küçədə bıçaqlandı

Bakıda küçədə yaşlı kişini tanımadığı şəxs bıçaqlayıb.

Hadisə Nərimanov rayonunda qeydə alınıb.

1969-cu il təvəllüdlü Natiq Salahov yaşadığı evə gedərkən tanımadığı şəxs onunla mübahisə edib. Nəticədə N.Salahov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır./report

7news.Az

Xəbər lenti