Bakıda Özilin forması üstündə dava düşdü - VİDEO

Bakıda Özilin forması üstündə dava düşdü - VİDEO

Ötən gün Bakıda baş tutan "Qarabağ” – "Arsenal” matçından sonra xoşagəlməz insident baş verib.

7News.Az-ın xəbərinə görə, oyundan qurtardıqdan sonra London təmsilçisinin türk əsilli futbolçusu Məsut Özil formasını tribunalardakı azarkeşlərə atıb.

Lakin azarkeşlər Özilin formasını bölüşdürə bilməyiblər və onlar arasında dava düşüb.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma "Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaq komandanın heyətində Sokratis Papastatopulos, Emil Smit-Rouv və Matteo Guendouzi müvafiq olaraq 4, 53 və 80-ci dəqiqələrdə fərqləniblər.

İki turdan sonra E qrupuna birinci və ikinci yerləri altı xalla "Arsenal” və "Sportinq” bölüşdürürlər.

"Qarabağ” və "Vorskla”nın isə hesabında xal yoxdur.

7News.Az

Xəbər lenti