Bakının mərkəzində “Azərişıq”ın əməkdaşı faciəvi şəkildə öldü

Bakının mərkəzində “Azərişıq”ın əməkdaşı faciəvi şəkildə öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 7News.Az xəbər verir ki, dünən saat 10 radələrində "Azərişıq” ASC-nin Nərimanov rayon şöbəsinin tabeliyində fəaliyyət göstərən və Yusif Səfərov küçəsi 21 ünvanında yerləşən yarımstansiyada qəza baş verib.

Belə ki, orada işləyən Qaraçuxur qəsəbə sakini, 1987-ci il təvəllüdlü Ziyəddin Əliyev cari təmizlik işləri ilə məşğul olarkən elektrik vurması nəticəsində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb./publika

7News.Az

Xəbər lenti