Bakir İzetbeqoviç İlham Əliyevi təbrik etdi

Bakir İzetbeqoviç İlham Əliyevi təbrik etdi

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

7news.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırır və ölkənizin daha da firavanlaşmasını arzulayıram.

Fürsətdən istifadə edib səmimi qəlbdən əmin olduğumu bildirmək istəyirəm ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcək.

Zati-aliləri, Sizə ən yüksək ehtiram bəslədiyimə əmin olun”.

7news.Az

Xəbər lenti