Bakıya gələ biləcək Avropanın 32 futbol komandası - ADLAR

Bakıya gələ biləcək Avropanın 32 futbol komandası - ADLAR

UEFA Avropa Liqasının qrup mərhələsi başa çatıb.

7News.Az xəbər verir ki, qrup matçlarından sonra hansı 32 komandanın "pley-off”da, yəni 1/16 finalda oynayacağı dəqiqləşib.

Beləliklə, 24 komanda – "Bayer”, "Ayntraxt” (hər ikisi Almaniya), "Sürix” (İsveçrə), "Zalsburq”, "Rapid” (hər ikisi Avstriya), "Seltik” (Şotlandiya), "Zenit”, "Krasnodar” (hər ikisi Rusiya), "Slavia” (Çexiya), "Dinamo” (Xorvatiya), "Fənərbaxça” (Türkiyə), "Arsenal”, "Çelsi” (hər ikisi İngiltərə), "Sportinq” (Portuqaliya), "Betis”, "Vilyareal”, "Sevilya” (hər üçü İspaniya), "Olimpiakos” (Yunanıstan), "Latsio” (İtaliya), "Qenk” (Belçika), "Malmö” (İsveç), "Dinamo” (Ukrayna), "Ren” (Fransa) və BATE (Belarus) adını "pley-off”a yazdırıb.

Bundan öncə isə UEFA Çempionlar Liqasından səkkiz komandanın – "Napoli”, "İnter” (hər ikisi İtaliya), "Qalatasaray” (Türkiyə), "Brüqe” (Belçika), "Benfika” (Portuqaliya), "Valensia” (İspaniya), "Viktoria” (Çexiya) və "Şaxtyor”un (Ukrayna) bu turnirdə mübarizə aparacağı bilinirdi.

Qeyd edək ki, püşkatma mərasimi dekabrın 17-də keçiriləcək.

Xatırladaq ki, UEFA Avropa Liqasının cari mövsümkü finalı Bakı Olimpiya Stadionunda baş tutacaq.     

7News.Az

Xəbər lenti