Bakıya gələn müğənni gecəni məşhur futbolçu ilə keçirib? - FOTO

Bakıya gələn müğənni gecəni məşhur futbolçu ilə keçirib? - FOTO

Türkiyə mediasında məşhur müğənni Dua Lipa ilə bağlı iddialar səsləndirilib.

CNN Türk-ün yazdığı xəbərə görə, Çempionlar Liqasının Kiyevdəki finalında səhnəyə çıxan Dua Lipa gecəni "Real Madrid"in oyunçusu Asensio ilə keçirib.

Lakin müğənni şəxsi Tvitter hesabında yazdığı statusla şayiələrə son qoyub. O bildirib ki, Asensio ilə əlaqəsi yoxdur və belə bir hərəkət etsə, "Liverpul" fanatları və meneceri onu bağışlamaz.

 

Qeyd edək ki, Dua Lipa aprel ayının 29-da 2018-ci il Azərbaycan Qran-Prisində konsert proqramı ilə çıxış edib.

7news.Az

Xəbər lenti