Balaca qız ona çox güvənir - VİDEO - FOTO

Balaca qız ona çox güvənir - VİDEO - FOTO

ABŞ-ın Alyaska ştatında yaşayan Adalinn Liri köpəyi Fyuriyə çox güvənir.

Pit-bulteryer cinsindən olan Fyurini özünə ən yaxın dost və müdafiəçi sayan Adalinn qorxanda köpəyinin yanında özünü rahat hiss edir.

son vaxtlar çoxsaylı yeraltı təkanların qeydə alındığı Alyaskada gecə tək yatmağa qorxan Adalinn köpəyi yatağına aparıb.

Orada iti qucaqlayandan sonra rahatlaşan 3 yaşlı qız yuxuya gedib.

Yaşananlar otaqdakı videomüşahidə kamerası ilə çəkilib.

 

Adalinnin atası Kayl videonu sosial şəbəkədə yayandan sonra tənqid olunub.

Ona köpəyin uşaqla birlikdə yatmasının yolverilməz olduğunu yazıblar.

"Burada heç bir təhlükə yoxdur. Fyuri yüzlərlə saat davam edən təlimlərdən keçib. O, qızımın mühafizəçisi və ən yaxın dostudur", - Kayl yazıb.

7News.Az

Balaca qız ona çox güvənir

Xəbər lenti