Balakəndə ata oğlunu bıçaqladı

Balakəndə ata oğlunu bıçaqladı

Balakəndə ailə munaqişəsi zəminində ata 41 yaşlı oğlunu bıçaqlayıb.

Dekabrın 22-i axşam saat 22:30 radələrində rayonun Qazma kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Loğman oğlu Əhmədov bıçaq xəsarəti ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, bədənin qarın nahiyəsinin kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olan Vüqar Əhmədovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə Vüqar Əhmədovun yaşadığı ünvanda baş verib.

Vüqar Əhmədovla atası, 1953-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Loğman Bilal oğlu Əhmədov arasında ailə münaqişəsi zəminində mübahisə baş verib. Mübahisə zamanı Loğman Əhmədov oğlu Vüqarı bıçaqlayıb. Hadisəni törətməkdə şübhəli sayılan Loğman Əhmədov saxlanılıb.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır. /apa

 

7news.Az

Xəbər lenti