Bağlanan banklara məxsus əmlakların satışı başladı

Bağlanan banklara məxsus əmlakların satışı başladı

Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası yanvarın 16-da Əmanətlərin Sığortalanması Fondunun sifarişinə əsasən, ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

Fonddan 7News.Az-a verilən məlumata görə, keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC "Bank Standard” KB-nin balansında olan bir ədəd "Mercedes-815” yük avtomobili, bir ədəd "Fiat Doblo Cargo”, üç ədəd "Mitsubishi Lancer”, dörd ədəd "Hyundai Accent” avtomobilləri və bir ədəd embosser "Matica Z9”  satılıb.

Həmçinin ləğv prosesində olan "Atrabank” ASC-nin balansında olan bir ədəd "Mitsubishi Pajero”, bir ədəd "Ford Focus” avtomobili, bir ədəd HCM (bank avadanlığı) və 1 (bir) ədəd embosser "Matica Z3” satılıb.

7News.Az

Xəbər lenti