“Barselona” Avropanın ən güclüsü oldu

“Barselona” Avropanın ən güclüsü oldu

İspaniyanın "Barselona” klubu UEFA Gənclər Liqasının qalibi olub.

7news.Az xəbər verir ki, Kataloniya təmsilçisi finalda İngiltərənin "Çelsi” komandasını böyük hesabla məğlub edib – 3:0.

İsveçrənin Nyon şəhərindəki "Kolovrey” stadionunda keçirilmiş qarşılaşmada Alexandro Markes dubl edib, daha bir qolun müəllifi isə uzatma dəqiqələrində Abel Ruis olub.

Qeyd edək ki, UEFA Gənclər Liqası gənclərdən ibarət klublar üçündür. Bu yarışa Çempionlar Liqasının qrup mərhələsinin 32 və Avropanın ən yaxşı 32 liqasının hər birindən bir komanda qatılır. 

Bu mövsüm Azərbaycanı təmsil etmiş "Qarabağ”ın qrup mərhələsindəki rəqiblərindən biri "Çelsi” olub. Ağdam komandası "zadəganlar”a səfərdə 0:5, evdə 1:3 hesabı ilə uduzub.

"Barselona”nın yarımfinalda İngiltərənin "Mançester Siti” klubunu 5:4 hesabı ilə yendiyi görüşü isə FIFA referisi Əliyar Ağayevin rəhbərliyi altında azərbaycanlı hakimlər briqadası idarə edib.

7news.Az

Xəbər lenti