Barselonada 120 milyon avroluq heroin partiyası müsadirə edilib

Barselonada 120 milyon avroluq heroin partiyası müsadirə edilib

İspaniya polisi "qara bazar”da qiyməti 120 milyon avroya çatan heroin partiyasını müsadirə edib.

7news.Az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ölkənin daxili işlər naziri Xuan İqnasio Soido deyib.

Heroninin ümumi çəkisi 330 kiloqramdan çox olub. Bu İspaniyada ələ keçirilən ən iri heroin yüküdür.

Bildirilir ki, 263 kiloqram heroin Barselona limanında konteynerlərdə saxlanılan sement kisələrində aşkarlanıb. Heroin partiyasının digər hissəsi isə işlə bağlı saxlanılan şəxslərin evlərində axtarış zamanı müsadirə olunub.

 

7news.Az

Xəbər lenti