"Barselona"da ciddi itki - 1 ay oynamayacaq

İspaniya La Liqasının 27-ci turunda "Atletiko" üzərində minimal hesablı qələbə qazanan "Barselona" ciddi itki ilə üzləşib.

7News.az-ın "Football Espana" nəşrinə istinadən yaydığı məlumata görə, kataloniyalıların yarımmüdafiəçisi Andres İnyesta sıradan çıxıb. Omba nahiyyəsindən zədələnən futbolçunun bir aya yaxın yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib. Bu isə o deməkdir ki, İnyesta martın 14-də "Çelsi" ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçını, eyni zamanda millisinin Almaniya (23 mart) və Argentina (27 mart) ilə keçirəcəyi yoldaşlıq oyunlarını buraxacaq.

Qeyd edək ki, "Atletiko" ilə oyunun 36-cı dəqiqəsində zədələnən İnyestanı Andre Qomes əvəzləmişdi.

Xəbər lenti