Baş katib: Neft sənayesinə 10 trilyon dollar investisiya tələb olunur

Baş katib: Neft sənayesinə 10 trilyon dollar investisiya tələb olunur

Neftə olan tələbatın ödənməsi üçün 2040-cı ilə qədər neft sənayesinə 10,4 trilyon dollar investisiyaların qoyulması tələb olunur.

7news.Az xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPRC) sədri Məhəmməd Barkindo bu gün Bakıda keçirilən  "Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı deyib.

Baş katib qeyd edib ki, aktual çağırışlardan biri də gələcəkdə tələbata uyğun investisiyaların qoyulmasını təmin etməkdir:

"2018-ci ildə neft sənayesinə sərmayələr tədricən artmaqdadır. Ancaq bununla belə biz hələ də kifayət qədər sərmayələr qoyulduğunu görməmişik. Sabit şəkildə artan tələbat tədricən ödənilməlidir. Bu çağırışlara qarşı mübarizənin yeganə yolu əməkdaşlıqdan keçir”.

O, Vyana sazişindən sonra OPEC-in görəcəyi əsas mühüm məsələlərdən birinin də enerji bazarının yenidən balanslaşdırılması, o cümlədən investisiya qoyuluşlarının həyata keçirilməsi olduğunu bildirib:

"Neft bazarında əminliyin bərpası da OPEC-in əsas vəzifələrindəndir: "Bazarda gələcək şoklara və ekstremal dəyişikliklərə hazırlıq üçün xüsusi mexanizmlər həyata keçiriləcək və tədbirlər görüləcək”.

7news.Az

Xəbər lenti