Başqa qalaktikadan gələn obyekt aşkarlandı

Başqa qalaktikadan gələn obyekt aşkarlandı

Hollandiyanın Leyden Universitetinin alimləri "Süd yolu” ulduzlarının yaxınlığında digər qalaktikadan gələn obyekt aşkar ediblər. 

7News.Az xəbər verir ki, bununla bağlı "Monthly Notices of the Royal Astronomical Society” jurnalında məlumat yerləşdirilib. 

Araşdırmaçılar yeddi milyon ulduz arasında sürətlə hərəkət edən obyektlər axtarıblar. Bunun üçün olan "Gaia” teleskopu vasitəsilə əldə edilən materialları araşdırıblar. 

Alimlər "Süd yolu”nun qravitasiyasını dəf edə biləcək ulduzların olduğunu bildiriblər. Onlar həmin ulduzlar arasında bu qravitasiyanı 80 faiz dəf etmək gücünə malik 20 ulduzu ayırıblar. Onlardan yeddisinin qalatika diskindən kənara qaçması müəyyən olunub. Qalan 13-ü isə qalaktikadan kənarda yerləşib. 

Alimlərin fikrincə, bu ulduzlar uzaq qalaktikalardan gəliblər.

7News.Az

Xəbər lenti