Bələdiyyə sədri niyə intihar edib? - İcra hakimiyyətindən açıqlama

Bələdiyyə sədri niyə intihar edib? - İcra hakimiyyətindən açıqlama

Xəbər verdiyimiz kimi, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmov intihar edib. Onun meyiti kənd ərazisində yerləşən köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F.Rüstəmovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, F.Rüstəmovun maddi və psixoloji problemi olmayıb. 

"Fətəli müəllim normal insan idi. İcra başçısı ilə yaxşı əlaqələri vardı. Rayonun bütün tədbirlərində iştirak edirdi. Onun heç bir problemi yox idi. Ailəsində də problem olmayıb. İki oğlu var. Oğlanlarından biri yenicə hərbi xidmətdən qayıdıb. Fətəli müəllim oğlu üçün təmtəraqlı məclis təşkil etmişdi. İkinci oğu isə hərbi xidmətdədir. O, çox sakit və mehriban insan idi. Heç birimiz onun ölümünə inanmırıq. 

Fətəli müəllim işə gec gəlib. İş yoldaşları onun meyitini kəndin yaxınlığında yerləşən qonaq evində asılmış vəziyyətdə aşkar ediblər”-deyə İcra Hakimiyyətindən bildirilib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. / azvision.az

Xəbər lenti