"Beləsindən İlham Əliyevə rəqib çıxar?" - Deputatdan əks seçki arqumentlərinə sərt reaksiya

Elşən Musayev: "İlham Əliyev daxili siyasət, seçki bir yana qalsın, Azərbaycanın milli maraqları naminə illər boyunca xaricdən üzərimizə boylanan elə divlərlə döyüşüb, sonunda da qalib ayrılıb ki, "Milli Aşura”nın halva paylayanları həmin adamların adlarını eşitsələr, tükləri birər-birər qalar”
***
Dünyanın hər yerində belədir: istənilən seçkinin ertələnməsi siyasi qüvvələr üçün yalnız və yalnız bayram effekti verir. Niyə? Çünki bir siyasətçinin, bir siyasi iddiaçının özünütəsdiq, özünüifadə şansıdır- seçki! Çünki dünyanın heç bir yerində adını siyasətçi qoyan şəxs bizim rəqiblərimiz kimi fəsildən - fəsilə, mövsümdən-mövsümə, kvartaldan-kvartala "mən də varam” iddiasına qapılmır, köklənmir. Çünki istənilən dövlət başçısı rəhbəri olduğu məkanda, ölkədə 3 ay, 5 ay, 6 ay daha tez müddətə növbədənkənar seçki elan edirsə, ilk öncə öz vaxtından, öz qanuni səlahiyyət müddətindən kəsir. Yəni, zaman etibarilə itki sadəcə onundur, növbəti seçkidə qələbə qazanacağı halda ən az ertələdiyi günləri də səlahiyyət müddətinin üzərinə gəlib hakimiyyət başında daha çox qala bilər və s.
Bizim qarşı cəbhədəki opponentlərimiz isə artıq arqument axtarışına çıxıb. Məsələn, xaricdə şeytan bilir, kimin himayəsinə sığınan dırnaqarası demokratlardan biri dünən gecə anidən +"facebook” üzərindən əndrəbadi bir status yazdı: "Qərbin hakimiyyətə gətirmək istədiyi filankəsə görə seçki ertələnib”. Və elə bu misraları oxuyan kimi yadıma tələbəlik illərindən bir xatirə düşdü. Demək, stadionda idik. Azərbaycanla Rusiya futbol oynayırdı. Birdən kimsə yerindən qışqırdı ki, "mən istinnıy bolelşikəm”. Bu dəm arxa oturacaqda əyləşən ağsaqqal dözmədi: "Evin tikilsin, bir cümlədə 3 söz dedin, ikisi rəqibin dilində oldu ki... Sənsən "istinnıy”? İndi misalı həmin "demokrat”a aid. Cümlənin quruluşuna diqqət edin: "Qərbin hakimiyyətə gətirmək istədiyi filankəs”. Yəni, adam el dilində, daha loru anlamda bunu deyir: "Xaos yaratmaq istəyənlərin, təxribatçıların vassalı, emissarı...”
Sənsənmi demokrat?! Sənə demokrat deyənin...
İndi gələk, haqqında danışılan o filankəsə. Adını çəkib reklam etməyəcəm. Amma bütün inandıqlarıma and olsun, əgər həmin adama Qərbin hansısa konserv zavodunda banka bağlayan ikicə əməkdaş dəstək versə, bundan belə nə dilimə söz alaram, nə əlimə qələm. Nə danışırsız siz? Nə avantürizmdir bu? İlham Əliyev daxili siyasət, seçki bir yana qalsın, Azərbaycanın milli maraqları naminə + illər boyunca xaricdən üzərimizə boylanan elə divlərlə döyüşüb, sonunda da qalib ayrılıb ki, "Milli Aşura”nın halva paylayanları həmin adamların adlarını eşitsələr, tükləri birər-birər qalar. İndi hansısa kəmfürsəti, uğursuzu İlham Əliyevə alternativ kimi ictimai rəyə sırımağa çalışırsınız. Beləsindən prezident olar? Beləsindən İlham Əliyevə rəqib çıxar? Yanında bir hüquqşünas, yarım iqtisadçı gəzdirən kəsdən qalibiyyət gözlənilər? Ələlxüsus da, həmin hüquqşünas son vaxtlar məndən daha loyal və bəlağətli danışırsa...
Ya da söhbətə baxın: "Əgər biz davamlı mitinqlər keçirsək, əgər biz sürəti artırsaq, əgər biz ümumxalq hərəkatı yaratsaq, hakimiyyət qorxuya düşəcəkdi. Ona görə seçki ertələndi”. Bu cümləyə də bir xatırlatma edim: Tarixi təfsilatı yadımda deyil, amma orta əsrlərdə hansısa qalaya hücum zamanı "əgər qalanı alsaq sizin üçün pis olacaq, əgər təslim olmasaz, sizi qanınıza qəltan edəcəyik, əgər bizi dinləməsəz, son yaşam şansınızı əldən verəcəksiniz” – məzmunlu hədə məktuba qaladan bir sözdən ibarət cavab naməsi gəlir: "Əgər....”
Rəqib düşərgədən daha bir "füsünkar” səbəb incisi: "Rusiyanın başı öz seçkisinə qarışan ərəfədə hakimiyyət Prezident yarışını sürətləndirdi ki, sonradan daha rahat dönəmə girəcək şimal qonşumuz problem yaratmasın”. İndi bu məsələni şərh edək: Mövcud siyasi hakimiyyətin Rusiyadan və ya kimsədən qorxduğunu, çəkindiyini nə zaman gördünüz ki? Ehtiyac varsa 2013-cü il seçkilərini yada sala bilərəm. Qısa həmlə oldu, cavab verildi. Və hamı bu minvalla anladı ki, Azərbaycanla tələb dilində danışmaq olmaz, daxili işlərimiz xalqın iradəsi ilə həll olur, ölkə rəhbəri də nə Yanukoviçdir, nə Saakaşvili, nə də başqası... O, İlham Əliyevdir! Dünyani cənginə sarmış "narıncı inqilab”ları Azərbaycan sərhədində saxlamağı bacaran və bununla da az qala bütün postsoveti Qərbin və Sorosun məkrli caynağından xilas edən – İlham Əliyev. Bütün qalibiyyətlərini millətin, xalqın səsi ilə sıralayan – İlham Əliyev!
***
Meydan açıqdır. Mübarizəyə varsınızsa, buyurun. Qurtulun artıq komputer, klaviş asılılığından. Az söyün, az didin bir-birinizi. Döyüşə bilirsinizsə, açıq döyüşün bu iqtidarla. Amma kişi kimi, mərdi-mərdanə. Yox əgər bacarmırsınızsa, o zaman gedin zurna püfləməyə daha uyğun yer axtarın, daha kreativ kompozisiyalar qurun, daha dolğun konsertlər verin.
Allahdan şansınız gətirib, bəstəkarınız da var...
Elşən Musayev,
Milli Məclisin deputatı
Xəbər lenti
-
20:11İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur
-
18:00“S-400”-lərin Türkiyəyə çatdırılacağı tarix MƏLUM OLDU
-
17:58Rusiyada Azərbaycana qarşı növbəti təxribat - FOTO
-
17:53Fevralın 19-na MANATIN MƏZƏNNƏSİ
-
17:50Anası intim münasibəti rədd edincə 4 yaşlı qıznı zorladı, başını kəsib dərisini üzdü - DƏHŞƏT - FOTO
-
17:40Obamanın qızı şərab içəndə "hədəf" oldu - FOTO
-
17:36Şamil Ayrım: “Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır
-
17:30Rusiyalı bikinili qızlar buzlu dənizə girdilər - VİDEO
-
17:29Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
-
17:20Zorlanma videosu yayılan 2 uşaq anası intihar etdi - FOTO
-
17:11DYP-dən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq
-
17:10Dünyada ilk dəfə: seks robotları erotik seriala çəkilib - FOTO
-
17:00Pərviz Bülbülədən meyxanaçı Vüqara canlı efirdə — MARAQLI CAVAB
-
16:56Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb - FOTO
-
16:52Qara qar yağdı - Uşaqlar üçün zərərlidir
-
16:50İntihar edən ər və arvadın qohumu danışdı: "Elə birini rayona çatdırmışdıq ki…" - VİDEO
-
16:48OXUYUN! Sayğacın köhnə kartında olan məbləğ yeni karta necə köçürülür? - İZAHI
-
16:40Maşının arxa oturacağında cinsi əlaqədə olan aktrisa, muzeydə seks arzulayan müğənni ... - FOTO
-
16:30Afət Nəsiminin daha on qəzəlinə mahnı oxuyacaq - AÇIQLAMA
-
16:20İkardi arvadına görə bacısı ilə dalaşdı - FOTO
-
16:12İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi...
-
16:10Baş ağrısı ilə xəstəxanaya gedən kollec tələbəsi uşaq doğdu - FOTO
-
16:09Ruhi xəstədən dəhşətli ADDIM
-
16:07Şəbnəm Tovuzlu: Ərimə hörmət edib, kişi məclislərinə getmirəm - VİDEO
-
16:04SON DƏQİQƏ: İsraildən bütün müsəlmanları ŞOKA SALACAQ QƏRAR
-
16:00Qəza keçirən Türkan ayağına dəmir taxdırdı, verilişə axsaya-axsaya gəldi - VİDEO
-
15:53Peskov Türkiyə qəzetində jurnalist işləmək istəyib
-
15:50Nigar Camal qızının şəklini paylaşdı - "Bədən quruluşu..."
-
15:46NAZİRDƏN ŞOK AÇIQLAMA: "Kasıb insanlar telefona ayda 70-80 manat pul ödəyir..."
-
15:41İlham Əliyev: Burada istehsal olunan məhsullar ölkəmizə valyuta gətirəcək
-
15:40Nadir efirdə ağladı: “Məni bağışlasınlar” - Video
-
15:36Müğənni ərini evdən qovdu - Kökəldiyi üçün
-
15:31Sabah Ay Yerə ən yaxın məsafədə olacaq
-
15:30Dostəliyeva o qədər fotoşop etdi ki...
-
15:20"3 ay anama yalvardım" - Rəqsanənin qızı
-
15:19Netanyahu Polşa ilə İsrailin arasını vurdu
-
15:11İlham Əliyev sərəncam imzaladı
-
15:10Məşhur müğənninin villasına OĞRU GİRDİ - FOTO
-
15:02Türkiyədə azərbaycanlıları fahişəliyə cəlb edənlər saxlanıldı - VİDEO
-
15:00Putinin Ərdoğanın sualına cavabı İran prezidentini güldürdü - VİDEO
Digər xəbərlər
-
SİYASƏT
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur
-
SİYASƏT
Rusiyada Azərbaycana qarşı növbəti təxribat - FOTO
-
SİYASƏT
Şamil Ayrım: “Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır
-
SİYASƏT
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
-
MANŞET, SİYASƏT
Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb - FOTO
-
MANŞET, SİYASƏT
İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi...
-
MANŞET, SİYASƏT
İlham Əliyev: Burada istehsal olunan məhsullar ölkəmizə valyuta gətirəcək
-
MANŞET, SİYASƏT
İlham Əliyev sərəncam imzaladı
-
SİYASƏT
Ermənistanda Azərbaycanın yeni silahından təşvişə düşüblər