“Beş zərbədən biri ayağıma dəydi”

“Beş zərbədən biri ayağıma dəydi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Kamran və İmran Yusifzadə qardaşlarının məhkəməsi keçirilib.

7news.Az-ın verdiyi xəbərə görə, hakim Səbuhi Əliyevin icraatında olan prosesdə zərərçəkmiş Rəhman Səlimov ifadə verib. 

O, hadisədən öncə söyüşə görə Kamranı bıçaqladığını bildirib: "Bərbərxanada oturmuşduq, bunlar ikisi gəldi, İmran məndən qardaşını niyə bıçaqladığımı soruşdu. Bu vaxt Kamran içəri girib məni bıçaqla vurdu, yerə yıxıldım. Beş zərbədən biri ayağıma dəydi. İmranın məni vurduğunu görmədim”.

 

K.Yusifzadə isə qardaşının hadisə zamanı orada olmadığını, sonradan gəldiyini deyib. İ.Yusifzadə də bunu təsdiqləyib.

Proses aprelin 17-də davam etdiriləcək.

Hadisə ötən il Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində, "Hövsan" marketin qarşısında yerləşən bərbərxanada baş verib.

7news.Az

Xəbər lenti