Beyin xərçəngindən ölən oğlunun ürəyini 27 yaşlı gəncə bağışladı - VİDEO+FOTOLAR

Beyin xərçəngindən ölən oğlunun ürəyini 27 yaşlı gəncə bağışladı - VİDEO+FOTOLAR
Bolqarıstanlı ana beyin xərçəngindən ölən oğlunun ürək döyüntülərini türkiyəli gəncdən duyan zaman göz yaşlarına boğulub. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı İliya Zhekov Türkiyədə əməliyyat olunan zaman komaya düşərək dünyasını dəyişib. 

26 yaşlı gəncin ailəsi oğullarının orqanlarını bağışlamaq qərarını verib. Türkiyəli qızla nişanlı olan İliya Zhekovun ürəyi 27 yaşlı Hakan Oka taxılıb. 

1 il övlad itkisinin acısı ilə yaşayan ana Plamena Zhekova Hakan Okla görüşüb göz yaşları içərisində oğlunun ürək döyüntülərini dinləyib. 

Acılı ana mətbuata açıqlamasında oğlunun gözəl bir qəlbə sahib olduğunu bildirib: "Oğlumun ürəyini bağışladığımız gündən bəri bu ailənin bizlə görüşməyə razılıq verməkləri üçün dua etdim. Mənim gənc və yaraşıqlı oğlum var idi. O, sapsağlam halda dünyaya göz yumdu”. 
Beyin xərçəngindən ölən oğlunun ürəyini 27 yaşlı gəncə bağışladı - VİDEO+FOTOLAR
Beyin xərçəngindən ölən oğlunun ürəyini 27 yaşlı gəncə bağışladı - VİDEO+FOTOLAR
Beyin xərçəngindən ölən oğlunun ürəyini 27 yaşlı gəncə bağışladı - VİDEO+FOTOLAR
Beyin xərçəngindən ölən oğlunun ürəyini 27 yaşlı gəncə bağışladı - VİDEO+FOTOLAR


7News.Az

Xəbər lenti