Bəzi audit tədbirləri elektron formada həyata keçiriləcək

Bəzi audit tədbirləri elektron formada həyata keçiriləcək

Hesablama Palatası bəzi audit tədbirlərini elektron formada həyata keçirəcək.

7news.Az xəbər verir ki, bunu Hesablama Palatasınnın sədri Vüqar Gülməmmədov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. 

O deyib ki, zamanla digər audit növləri də yaranır ki, bunlardan biri də məsafədən auditdir. 

"Hesablama Palatası haqqında” yeni qanun qüvvəyə mindikdən sonra palatanın elektron informasiyaya çıxışı genişlənəcək və bu imkandan maksimum yararlanacaq.

Palata bəzi audit tədbirlərini məsafədən həyata keçiricək”, - deyəV. Gülməmmədov əlavə edib.

7news.Az

Xəbər lenti