Biləsuvarda məktəbli ölüb

Biləsuvarda məktəbli ölüb

Biləsuvarda məktəbdə ölüm hadisəsi baş verib.

7news.Az xəbər verir ki, hadisə rayonun Dövrüşlü kəndində qeydə alınıb.

Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxmaq istəyərkən qəflətən halı pisləşib, daha sonra isə o, vəfat edib.

Ə.Hüseynlinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə verilib.

Ölüm səbəbinə gəlincə, ilkin məlumata görə, Əlyar Hüseynlinin məktəbdə (qıcolma) dili qatlanıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

7news.Az

Xəbər lenti